
Balaca şahzadə
Kapitan Kru qızı Saranı yaxşı təhsil alması üçün ən nüfuzlu və bahalı qızlar pansionatına yerləşdirir. Özü isə təxirəsalınmaz işləri səbəbilə oradan uzaqlaşmaq məcburiyyətində qalır. Mehriban xasiyyəti sayəsində balaca qız yeni mühitdə tezliklə özünə etibarlı rəfiqələr tapır.
Müəllimlərin əksəriyyəti Saranı sevsə də, müəssisənin sərtsifət rəhbəri miss Minçin ona ilk gündən kin bəsləyir. Qızın ad günündə qəflətən atasının həlak olması xəbəri gəlir. Bir anda yetim qalan və bütün var-dövlətini itirən qızcığaz qəddar rəhbərin insafına möhtac vəziyyətə düşür.
1997-ci ildə Rusiyada çəkilmiş «Balaca şahzadə» (Malenkaya printsessa) ailəvi filminin rejissoru Vladimir Qrammatikovdur. Əsas rolları Anastasiya Meskova, Alla Demidova, İqor Yasuloviç və Lyanka Qrıu canlandırıblar.
«Balaca şahzadə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 iyun 2001
- Ölkə
- Rusiya
- Rejissor
- Vladimir Qrammatikov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın