
Balaca vampir
Balaca Toni valideynləri ilə birlikdə Şotlandiyaya köçür və burada yeni məktəbə, qonşulara uyğunlaşmağa çalışır. Hər gecə yuxusunda vampirləri, sehrli ayinləri və qədim ovçuları görən bu uşağa böyüklər inanmır. Lakin Toni gecə məxluqlarının mövcudluğuna tam əmindir.
Bir gün o, heç də qorxulu olmayan həqiqi bir vampir ailəsi ilə qarşılaşır. İnsan qanından çoxdan imtina etmiş bu varlıqlar sadəcə yenidən adi insanlara çevrilmək arzusundadırlar. Yeni dostlarına kömək etmək qərarına gələn Toni onların arzusunu gerçəkləşdirmək üçün hərəkətə keçir.
«Balaca vampir» macəra filmi ABŞ, Almaniya və Niderlandın birgə istehsalı kimi 2000-ci ildə nümayiş olunub. Uli Edelin çəkdiyi layihədə baş rolları Conatan Lipniki, Riçard E. Qrant, Cim Karter və Tommi Hinkli canlandırıb.
«Balaca vampir» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın