
Zombies 4: Dawn of the Vampires
Kollecdə ilk tədris ilini arxada qoyan Zed, Addison, Eliza və Uilla maşınla yay səyahətinə çıxırlar. Lakin yolda baş verən qəfil enerji dalğası Zedin Z-qolbağını sıradan çıxarır və avtomobil qəzaya uğrayır. Hadisənin səbəbini aydınlaşdırmaq istəyən dostlar ayrılaraq ətrafı araşdırmağa başlayırlar.
Axtarışlar gəncləri iki gizli yaşayış məntəqəsinə — Sannisayd və Şeydisayda aparır. Burada qəhrəmanlar günəş enerjisindən faydalanan gündüzgəzənlər ilə vampirlər arasındakı əsrlər boyu sürən düşmənçiliklə üzləşirlər. İndi Zed və Addison böyük fəlakətin qarşısını almaq üçün bu iki qütbü barışdırmağa çalışırlar.
«Zombies 4: Dawn of the Vampires» musiqili macəra filmi məşhur Zombies franşizasının dördüncü hissəsidir. 2025-ci ildə ABŞ-da istehsal olunan filmin rejissor kürsüsündə Pol Hoen əyləşib. Baş rolları Austin Taylor, Laylah Waggie, William Simmons və Lilac Encina canlandırıblar.
«Zombies 4: Dawn of the Vampires» onlayn izlə
Baxış ardıcıllığı
«Zombies» — bütün hissələrFilm haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın