
Kömək edin, mən dostlarımı kiçiltdim!
Otto Leonard məktəbinə yeni gələn Melani adlı qız Feliksin diqqətini dərhal cəlb edir. Lakin oğlanın rəfiqəsi Ella və digər dostları bu tanışlıqdan heç də məmnun qalmırlar. Məktəbdə ard-arda baş verən xırda oğurluqlardan şübhələnən yoldaşları bütün günahı yeni şagirdin üzərinə atmağa çalışır. Onların bu hərəkəti Feliksin görüşünü pozma həddinə çatdıranda işlər qarışır.
İnadkar dostlarına yaxşı bir dərs vermək istəyən Feliks sehrdən istifadə edərək onları on dəfə kiçildir. Çox keçmədən Melaninin sehrli kürə ilə birlikdə yoxa çıxması isə vəziyyəti daha da çətinləşdirir. Balacalaşmış dostlar və Feliks qızın bu hadisələrlə həqiqətən əlaqəli olub-olmadığını öyrənmək məcburiyyətində qalırlar.
Almaniya istehsalı olan «Hilfe, ich hab meine Freunde geschrumpft» komediya filmi 2021-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Qrants Henmandır.
«Kömək edin, mən dostlarımı kiçiltdim!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 sentyabr 2021
- Ölkə
- Almaniya
- Rejissor
- Qrants Henman
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın