
Ən güclü
Nağıl diyarında ömür sürən ahıl ər-arvadın uzun illər övladı olmur. Tənhalıqdan qurtulmaq istəyən qoca xəmirdən balaca bir fiqur düzəldib onu sobanın üstünə qoyur. Həmin xəmir parçası qəfildən canlanaraq körpəyə çevrilir, çox sürətlə böyüyür və tezliklə qeyri-adi gücə malik inadkar bir pəhləvan olur.
Valideynləri kədərləndirən yeganə cəhət oğullarının daşürəkli olması, daha doğrusu, sinəsində heç ürəyin döyünməməsidir. Gənc pəhləvan əyləncə xatirinə qonşuluqdakı gözəl qızla zarafatlaşır, qız isə bu hisslərə inanaraq ona aşiq olur. Lakin evdə oturmaqdan yorulan xəmir pəhləvan dünyanı gəzmək məqsədilə yola çıxır.
1973-cü ildə çəkilmiş «Ən güclü» (Самый сильный) sovet nağıl filminin quruluşçu rejissoru Oleq Nikolayevskidir. Baş rolları Nikolay Merzlikin, Yevgeni Vesnik, Tatyana Klyuyeva və Vladimir Doveyko ifa ediblər.
«Ən güclü» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 yanvar 1974
- Ölkə
- SSRİ
- Rejissor
- Oleq Nikolayevski
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın