
Nina və piano oğruları
Səkkizyaşlı Nina olduqca enerjili uşaqdır və başladığı işləri çox vaxt yarıda qoymağa vərdiş edib. Anasının aldığı musiqi aləti sayəsində qızcığazın həyatına yeni məşğuliyyət daxil olur. Lakin bu dəfə hər şey fərqli cərəyan edir: piano öz-özünə çalmağa və sahibəsi ilə qəribə oyunlar oynamağa başlayır.
Çox keçmədən Nina sehirli alətlə birlikdə qaçırılır. Məlum olur ki, cinayətkarlar bu qeyri-adi pianonun gücündən istifadə edərək bütün dünyanı özlərinə tabe etmək niyyətindədirlər. Təhlükəli planın qarşısını almaq üçün Nina və onun dostu Kirill qüvvələrini birləşdirməli olurlar.
Rejissor Roman Şalyapinin ərsəyə gətirdiyi «Девочка Нина и похитители пианино» filmi 2023-cü ildə Rusiyada çəkilib. Macəra dolu bu ailəvi fantastika ekran əsərində baş rolları Yeva Smirnova, Yeqor Nikolayenko, Aleksey Filimonov və Natalya Nozdrina canlandırır.
«Nina və piano oğruları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 31 avqust 2023
- Ölkə
- Rusiya
- Rejissor
- Roman Şalyapin
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın