
Marusya foreva!
Hindulu ləqəbli gənc oğlan sərbəst subaylıq həyatı sürür və işində uğur qazanmağa çalışır. Lakin gözlənilmədən beş yaşlı Marusya adlı qızının olduğunu öyrəndikdə onun bütün planları alt-üst olur. İyirmi dörd yaşlı gənc karyerasından və vərdiş etdiyi azadlıqdan imtina edib azyaşlı uşağın məsuliyyətini daşımağa qətiyyən hazır deyildir.
Zaman keçdikcə qızcığazın səmimi sevgisi atasının xasiyyətini və həyata baxışını tədricən dəyişir. Qızını böyütmək hüququnu itirmək təhlükəsi ilə üzləşən qəhrəman Marusyanı yanında saxlamaq və onunla gerçək bir ailə olmaq üçün çıxış yolu axtarmalı olur.
«Marusya foreva!» adlı ailəvi komediya filmi 2020-ci ildə Rusiyada çəkilib. Ekran əsərinin rejissoru Aleksandr Qalibindir, baş rolları isə Sofiya Petrova, Kuzma Saprıkin, Sonya Priss və Kirill Kaqanoviç canlandırıblar.
«Marusya foreva!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 may 2022
- Ölkə
- Rusiya
- Rejissor
- Aleksandr Qalibin
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 81 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın