
Pinky Memsaab
Uğursuz nikahdan sonra gənc və sadəlövh Pinki ailəsinə maddi dəstək olmaq üçün doğma Pakistan kəndindən Dubaya yola düşür. Böyük şəhərə gələn qız varlı kübar xanım Mehr və onun bankir əri Həsənin dəbdəbəli malikanəsində xadimə kimi iş tapır.
İlk vaxtlar yad mühit və fərqli həyat tərzi kənddən gəlmiş qız üçün xeyli çətinlik yaradır. Lakin zaman keçdikcə o, yeni insanlarla tanış olur və xaricdəki qaydalara tədricən alışır. Pinki zahirən firavan, lakin daxilən bədbəxt olan ev sahibəsinə rəğbət bəsləməyə başlayır və Mehr də öz növbəsində gənc qızı himayəsinə götürür.
«Pinky Memsaab» dram filmi 2018-ci ildə rejissor Shazia Ali Khan tərəfindən ekranlaşdırılıb. Pakistan və BƏƏ istehsalı olan bu ekran əsərində əsas rolları Hajra Yamin, Kiran Malik, Adnan Jaffar və Sanni Xinduca canlandırıblar.
«Pinky Memsaab» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 dekabr 2018
- Rejissor
- Shazia Ali Khan
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 124 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın