
Ceykobun cənnəti
Keraladan olan uğurlu sahibkar Ceykob Zəkəriyyə həyat yoldaşı Şirli və dörd övladı ilə birlikdə Dubayda firavan yaşayır. İllər boyu qurulan bu rahatlıq yaxın bir iş ortağının xəyanəti ilə alt-üst olur. Etibar etdiyi həmkarı Ceykobu aldadaraq onu nəhəng borcların içinə sürükləyir.
Kreditorların təzyiqi və qanuni təqib təhlükəsi ucbatından ailə başçısı tələsik ölkəni tərk etmək və gizlənmək məcburiyyətində qalır. Yaranmış ağır böhranın həlli, ailənin ehtiyaclarını qarşılamaq və atalarının adını təmizə çıxarmaq missiyası ananın və böyük oğul Cerrinin üzərinə düşür.
2016-cı ildə Hindistanda istehsal olunmuş «Jacobinte Swargarajyam» bioqrafik ailə dramının rejissorları Vinit Srinivasan və Ci Pracitdir. Əsas rolları Nivin Polli, Renci Paniker, Lakşmi Ramakrişnan və Şrinat Bxasi canlandırıblar.
«Ceykobun cənnəti» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 aprel 2016
- Ölkə
- Hindistan
- Rejissor
- Vineet Srinivasan, G. Prajith
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər)
- Müddət
- 145 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın