
Christmas Connection
Təyyarə bələdçisi Sidni Çikaqoya uçan səkkizyaşlı Leyaya yolboyu nəzarət etmək tapşırığı alır. Balaca qızcığazla tez bir zamanda səmimi münasibət quran Sidni hava limanında onu atasına təhvil verir. Lakin çox keçmədən gənc qadın çantasında uşağın unutduğu əşyanı tapır.
Əşyanı geri qaytarmaq üçün ailənin evinə gedən Sidni orada isti və bayram ab-havası ilə qarşılaşır. Nəticədə o, öz uçuşuna gecikir və bir neçə günlüyə Çikaqoda qalmalı olur. Balaca qızın atası Sidnini Milad günlərini birlikdə keçirməyə dəvət edir və bu tanışlıq onun ailə, karyera və münasibətlərə baxışını tamamilə dəyişir.
Kanada istehsalı olan «Christmas Connection» filmi 2017-ci ildə rejissor Stiven R. Monro tərəfindən ekranlaşdırılıb. Melodram janrında olan bu ekran əsərində baş rolları Bruk Börns, Tom Everett Skott, Sophie Neudorf və Mişelin Marşildon paylaşıblar.
«Christmas Connection» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 17 dekabr 2017
- Ölkə
- Kanada
- Rejissor
- Stiven R. Monro
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın