
Azhyrasam
Həkimlərin cəmi üç ay ömrünün qaldığını dediyi Arujan bu xəbəri hər kəsdən gizlətməyə qərar verir. Həyat yoldaşının gələcək xoşbəxtliyini düşünən gənc qadın ondan boşanmaq və ona münasib yeni həyat yoldaşı tapmaq niyyətinə düşür. Bu qəribə işdə ona yaxın dostları kömək edir.
Ərindən ayrılan və onu münasib namizədlə tanış edən qadın təkliyə çəkilir. Lakin dostlarının təkidi ilə yenidən analiz verəndə məlum olur ki, ölümcül xəstəlik sadəcə tibbi səhv imiş və o, tamamilə sağlamdır. İndi Arujan sevimli ərini geri qaytarmalı və hər şeyi izah etməlidir, lakin vəziyyət düşündüyündən qat-qat qarışıq çıxır.
Qazaxıstan istehsalı olan «Azhyrasam» ailəvi komediya filmi 2022-ci ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Timur Dulatovdur. Əsas rolları Juldız Abdukarimova, Aygül İmanbayeva, Janbolat Nayzabekov və Jasulan Ayten canlandırıblar.
«Azhyrasam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 29 dekabr 2022
- Ölkə
- Qazaxıstan
- Rejissor
- Timur Dulatov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın