
Sietlə səyahət
Milad ərəfəsində hava limanında qalan Eşli Harrison ailəsinin yanına çatmaq üçün başqa çıxış yolu axtarmalı olur. Yeganə variant avtomobil icarəyə götürmək olsa da, sonuncu maşını Sietlə yollanan Deş Sazerlend adlı gənc icarələyir. Hədəfləri eyni olan bu iki yad insan məcburiyyətdən yolu birgə qət etmək qərarına gəlirlər.
Bu yolçuluq gözlənilməz hadisələrlə yadda qalır. Yolda avtomobil xarab olur, qəhrəmanlar sahibsiz küçüklər tapırlar, üstəlik Eşlini cinayətkar hesab edən FTB əməkdaşları da onların izinə düşür. Səfər davam etdikcə sınaqlardan keçən yol yoldaşları bir-birlərini daha yaxından tanımağa başlayırlar.
«Sietlə səyahət» adlı Kanada istehsalı olan melodram filmini 2015-ci ildə rejissor Kristoffer Tabori çəkib. Ailəvi komediyanın əsas rollarında Meqan Ori, Endrü U. Uoker, Aaron Kreven və Rukiya Bernard çəkiliblər.
«Sietlə səyahət» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 dekabr 2015
- Ölkə
- Kanada
- Rejissor
- Kristoffer Tabori
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 83 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın