
Skeytbord kralı
İstedadlı şimpanze Cek bacarıqları sayəsində «Primatlar» adlı xokkey komandasına dəvət alır və komandaya çempionluq qazanmaqda kömək edir. Lakin bu uğurlar rəqiblərin xoşuna gəlmir. Hiyləgər rəqiblər yalan yolu ilə istedadlı heyvanın oyunlardan kənarlaşdırılmasına nail olurlar.
Buz meydançasından uzaq qalan Cek küçələrdə yaşayan və skeytbord sürməyi hər şeydən çox sevən Ben Conson adlı gənclə dostlaşır. Ben qarşıdan gələn mühüm turnirə hazırlaşır, təkərli taxtada sürüşməyi dərhal öyrənən Cek isə yeni dostuna məşqlərdə kömək etməyə başlayır.
«Skeytbord kralı» («MVP: Most Vertical Primate») adlı idman komediyasını rejissor Robert Vins çəkib. ABŞ və Kanada istehsalı olan ekran işi 2001-ci ildə nümayiş olunub. Əsas obrazları Ceyn Soyerbi, Devid Key ilə yanaşı şimpanzelər Berni və Lui canlandırıblar.
«Skeytbord kralı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 sentyabr 2001
- Rejissor
- Robert Vins
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın