Bütün insanlar qardaşdır
Varlı Mayadas torpaq sahibini qətlə yetirərək bu cinayəti öz sürücüsü Qopalın üzərinə atır. İntiqam almaq istəyən Qopal Mayadasın böyük oğlunu qaçırır və uşaq toxunulmazlar kastasından olan bir ailədə Amrit adı ilə böyüyür. Əsl ailəsindən xəbərsiz olan gənc illər sonra varlı bir şəxsin qızı Rozi ilə tanış olur və onlar arasında yaxınlıq yaranır.
Eyni vaxtda Mayadas böyük cehiz əldə etmək məqsədilə kiçik oğlu Amarı Rozi ilə evləndirmək qərarına gəlir. Lakin tamahkar ata həm xalqın rifahı uğrunda mübarizədə, həm də qızın diqqətini qazanmaq yolunda oğluna rəqib olan şəxsin illər əvvəl itirdiyi doğma övladı olduğunu bilmir.
Hindistan istehsalı olan «Bütün insanlar qardaşdır» filmi 1972-ci ildə rejissor A. Bhimsinqh tərəfindən ekranlaşdırılıb. Ekran əsərinin baş rollarında Sancay Xan, Rakxi Qulzar, Bxarti və Om Prakaş çəkiliblər.
«Bütün insanlar qardaşdır» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1972
- Ölkə
- Hindistan
- Rejissor
- A. Bhimsinqh
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın