
Cəhənnəmə və geriyə
La-Pampa əyalətinin kiçik qəsəbəsində müəllimə işləyən Mariya hamilədir və əri Lionelin mütəmadi zorakılığına dözməli olur. Növbəti mübahisə zamanı tərəflər arasında tüfəng üstündə dava düşür və açılan təsadüfi atəş nəticəsində kişi huşunu itirərək yerə yıxılır. Qorxuya düşən və doğulacaq övladını qorumaq istəyən Mariya pikapa əyləşərək uşaqlığının keçdiyi Nayko şəhərinə doğru qaçmağa başlayır.
Qadının yolu kimsəsiz və quraq Argentina torpaqlarından keçir. Bu vaxt başından yüngül güllə yarası almış Lionel özünə gəlir. O, arvadını və hələ doğulmamış uşağını geri gətirmək məqsədilə Mariyanın izinə düşərək təqibə başlayır.
«Infierno grande» filmi 2019-cu ildə Argentinada istehsal olunub. Rejissor Alberto Romeronun çəkdiyi bu dramda əsas obrazları Qvadalupe Dokampo, Alberto Axaka, Mario Alarkon və Hektor Bordoni canlandırıblar.
«Cəhənnəmə və geriyə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 iyul 2019
- Ölkə
- Argentina
- Rejissor
- Alberto Romero
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 74 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın