
Britlərin kralı
Sülh danışıqları gözlənilməz xəyanətlə nəticələnir: sakslar əhdə vəfasızlıq edərək britlərin nümayəndələrinə qəfil hücum çəkirlər. Bu qanlı toqquşmada ağır yaralanan britlərin hökmdarı Vortiqern möcüzə sayəsində qaçaraq öz xalqından uzaq düşür.
Sadə yerli sakinlər yaralı hökmdarı öz daxmalarında gizlədərək onun sağalmasına kömək edirlər. Yenidən ayağa qalxan padşah öyrənir ki, işğalçılar onun əsarət altına düşən xalqına divan tutur və onlara olmazın zülmlərini yaşadırlar. Qəzəbə gələn hökmdar sakslardan qisas almaq və ölkəsini azad etmək üçün yenidən silaha sarılmaq qərarına gəlir.
«King of the Britons» («Britlərin kralı») filmi 2021-ci ildə ekranlara çıxıb. Ekran əsəri hökmdar Vortiqernin xalqını xilas etmək uğrunda apardığı mübarizədən bəhs edir.
«Britlərin kralı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2021
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın