
Prezident və xidmətçi
«Sheng Gu» korporasiyasının varisi olan Şen Yumin qayğısız həyat sürür və gizlincə musiqiçi olmağı arzulayır. Zəngin gənc qadınların yalnız onun sərvəti ilə maraqlandığını düşünərək onlara güvənmir. Təsadüfən rastlaşdığı cəsarətli və açıqsözlü Sya Cinsin isə onun təkəbbürlü rəftarına dözməyərək layiqincə cavab verir.
Qızın dözümlü və dikbaş xarakteri gəncin qəyyumunun diqqətini cəlb edir. O, ailənin işlərini idarə edən biri kimi Sya Cinsini gənc ağanın şəxsi xidmətçisi vəzifəsinə işə götürür. Eyni evdə yaşamağa başlayan iki fərqli xarakterli gənc ilk vaxtlar ən kiçik səbəbdən belə mübahisə edərək bir-biri ilə yola getmirlər.
Çin istehsalı olan «Prezident və xidmətçi» (President and Housemaid) romantik filmi 2019-cu ildə işıq üzü görüb. Ekran əsərinin baş rollarını Liu Xiao Qiao və Wang Zi canlandırıblar.
«Prezident və xidmətçi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın