
Fövqəladə vəziyyət
Rio-de-Janeyro şəhərində keçirilən nəhəng beynəlxalq turnirlər yerli əhali üçün ciddi problemlər yaradır. 2014-cü il futbol üzrə dünya çempionatı və 2016-cı il Yay Olimpiya Oyunları ərəfəsində yeni idman arenalarının inşasına start verilir. Tikinti sahəsində qalan yoxsul məhəllələr və yerli icmaların yaşayış yerləri zorla boşaldılmaq təhlükəsi ilə üzləşir.
Rəsmi qurumların bu addımları evlərin sökülməsinə və insanların hüquqlarının pozulmasına gətirib çıxarır. Yaşadıqları yerlərdən didərgin düşmək istəməyən favela sakinləri mövcud vəziyyətlə barışmırlar. Onlar öz mülki hüquqlarını qorumaq və ədaləti bərpa etmək naminə birləşərək mübarizəyə qalxırlar.
«State of Exception» adlı sənədli film 2018-ci ildə işıq üzü görüb. Ekran əsəri Braziliyada təşkil olunan qlobal idman yarışlarının pərdəarxasını və cəmiyyətə təsirlərini əks etdirir.
«Fövqəladə vəziyyət» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2018
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın