
Yaaruda Mahesh
Tələbəlik illərində tanış olan tənbəl və qayğısız Şiva ilə çalışqan Sindhya arasında romantik münasibət yaranır. Qızın hamilə qalması ilə cütlük ailə həyatı qurmağa qərar verir. Bir neçə il sonra ailənin bütün yükü işləyən Sindhyanın çiyninə düşür, işsiz Şiva isə evdə oturub uşağa baxmaqla gününü keçirir.
Lakin təsadüfən eşitdiyi bir söhbət gəncin rahatlığını büsbütün pozur. Həyat yoldaşının Maheş adlı biri ilə gizli əlaqəsi olduğundan şübhələnən Şiva qısqanclıq atəşinə bürünür. Şübhələrindən qurtulmaq istəyən ər bu müəmmalı rəqibin izinə düşməyə və onu tapmağa çalışır.
«Yaaruda Mahesh» filmi 2013-cü ildə Hindistanda istehsal olunub. Ekran əsəri qısqanc ailə başçısının düşdüyü gülməli və qəribə vəziyyətlərdən bəhs edir.
«Yaaruda Mahesh» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2013
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Люб. Двухголосый
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın