
Lenin Oktyabrda
1917-ci ilin payızında Petroqradda vəziyyət gərginləşir və fəhlələr arasında kütləvi narazılıqlar baş qaldırır. Belə bir vaxtda Lenin gizli şəkildə qatarla şəhərə qayıdır. Mühafizə postlarını keçməkdə ona canıdildən kömək edən və müdafiəsini təşkil edən fəhlə Vasili olur.
Şəhərə gəldikdən sonra Lenin Stalinlə görüşür. Tezliklə bolşeviklər partiyası Mərkəzi Komitəsinin gizli toplantısı təşkil olunur. Məhz bu gizli iclasda iştirakçılar qarşıdan gələn silahlı üsyanın hazırlıqlarını aparırlar.
«Lenin Oktyabrda» adlı bioqrafik tarixi filmi 1937-ci ildə SSRİ-də lentə alınıb. Ekran əsərinə Mixail Romm və Dmitri Vasilyev quruluş verib. Əsas rolları Boris Şukin, Nikolay Oxlopkov, Vasili Vanin və Nikolay Svobodin ifa ediblər.
«Lenin Oktyabrda» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 noyabr 1937
- Ölkə
- SSRİ
- Rejissor
- Mixail Romm, Dmitri Vasilyev
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 6+6 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın