
Mən 17 yaşımda doğuldum
Uşaqlıqda atasının amansız rəftarına dözən Tyerri on yeddi yaşında ailəsi ilə bütün əlaqələrini kəsmək məcburiyyətində qalır. Yetkin yaşlarında o, karyerasında və şəxsi həyatında uğur qazansa da, keçmişin ağrıları narahatlıq və özünə inamsızlıq şəklində onu təqib etməkdə davam edir.
İllər sonra qəhrəmana uşaqlıq kabusunun səbəbkarı olan atasının ölüm ayağında olduğu xəbəri çatır. Keçmişlə üzləşmək vaxtının gəldiyini anlayan Tyerri psixoloqun və doğmalarının dəstəyi ilə uşaqlıq xatirələrini təhlil etməyə və hisslərini qaydaya salmağa qərar verir.
«Mən 17 yaşımda doğuldum» (Je Suis Né À 17 Ans) bioqrafik filmi 2023-cü ildə Fransada istehsal olunub. Ekran əsərinin rejissoru Jülyen Seri, baş rol ifaçıları isə Elza Lunqini, Moys Santamariya, Tyerri Bekkaro və Remi Delatrdır.
«Mən 17 yaşımda doğuldum» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2023
- Ölkə
- Fransa
- Rejissor
- Jülyen Seri
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın