
Junction 48
Kərim adlı fələstinli gənc Təl-Əvivin boz və sönük şəhərətrafı qəsəbələrindən birində yaşayır. O, bir tərəfdən yerli hakimiyyətin daimi təzyiqini duyur, digər tərəfdən isə doğma mühitində özünü yad hiss edir. Yaşlı nəsil köhnə adət-ənənələrlə ömür sürür, gələcəyə ümidi qalmayan gənclər isə çıxış yolunu qanunsuz maddələrin satışında tapır.
Kərim daxili hisslərini və etirazını musiqi vasitəsilə çatdırmağa çalışır. O, rep ifaçılığına üz tutur, lakin azadlıq axtardığı hip-hop sənətində belə milli və irqi ayrı-seçkiliklə üzləşməli olur.
«Junction 48» filmi 2016-cı ildə rejissor Udi Aloni tərəfindən ekranlaşdırılıb. ABŞ, Almaniya və İsrailin birgə istehsalı olan bu musiqili dramda əsas rolları Tamer Nafar, Samar Qupty, Salva Nakkara və Said Dasuki canlandırıb.
«Junction 48» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın