
Qırmızı ulduz
«Qırmızı ulduz» (La estrella roja) filmi sənədli film rejissoru Hektor Diazın apardığı araşdırmadan bəhs edir. O, ötən əsrin sirli casusu, «Qırmızı ulduz» ləqəbli Layla Salama haqqında material toplamaq qərarına gəlir. Britaniya kəşfiyyatı MI6 əməkdaşının qızı və gözəllik müsabiqəsinin qalibi olan Layla nasist Adolf Eyxmanın «Mossad» tərəfindən yaxalanmasında şəxsən iştirak etmişdi.
Sonrakı illərdə ailə quran bu qadın nümunəvi ana olur, onun şərəfinə tanqo bəstələnir və hətta haqqında bədii film çəkilir. Lakin zaman keçdikcə onun izinə düşmək çətinləşir və bütün əlaqələr itir. Diaz bu müəmmanı çözməyə çalışdıqca, axtarışlar onu Argentina yəhudi icmasının yaddaşlardan silinməkdə olan keçmişinə aparıb çıxarır.
2021-ci ildə Argentinada istehsal olunmuş bu komediya və detektiv janrlı filmin rejissoru Qabriel Lixtmandır, o həm də araşdırmaçı obrazını canlandırıb. Əsas rolları Telma Fardin, Hektor Diaz, Rafael Spregelburd və Valter Yakob ifa edirlər.
«Qırmızı ulduz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 mart 2021
- Ölkə
- Argentina
- Rejissor
- Gabriel Lichtmann
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 72 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın