Milyonlara Dəyən Əsgər
Film2018Portuqaliya85 dəq.720p

Milyonlara Dəyən Əsgər

Soldado Milhões
IMDb
6.3

Anibal Auquştu Milyaiş Birinci Dünya müharibəsi zamanı Flandriyaya göndərilən portuqaliyalı əsgərlərdən biridir. Ağır cəbhə şəraiti, ardı-arası kəsilməyən döyüşlər, dostlarının ölümü və ev həsrəti gənc əsgəri sarsıdır. Lakin Lis çayı sahilindəki şiddətli döyüş vaxtı Anibal komandanlığın əmrinə tabe olmur və geri çəkilən silahdaşlarını qorumaq üçün ön xətdə tək qalır.

Öz tağımına qovuşmaq istəyən sıravi Milyaiş təkbaşına sağ qalmaq uğrunda mübarizə aparır. Əlində pulemyotundan başqa heç nə qalmayan döyüşçüyə sevgilisinin verdiyi tilsim və nə olursa olsun geri dönmək vədi güc verir. Bu dramatik anlar «Milyonlara Dəyən Əsgər» filminin əsasını təşkil edir.

2018-ci ildə Portuqaliyada lentə alınan tarixi bioqrafik ekran əsərinin rejissorları Qonsalu Qalvan Teleş və Jorji Payşan da Koştadır. Əsas rolları Juan Arraiş, Miqel Borjeş, Raymundu Kojme və İzak Qrasa canlandırıblar.

İzlə

«Milyonlara Dəyən Əsgər» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
12 aprel 2018
Keyfiyyət
720p
Tərcümədə
Çoxsəsli kadrarxası
Müddət
85 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın