
Cəllad ovu
1970-ci illərin əvvəllərində Beata və Serj Klarsfeld cütlüyü Holokost qurbanlarının xatirəsini yaşatmaq qərarına gəlirlər. Heç bir kənar dəstək və maliyyə vəsaiti olmadan onlar bir neçə dövlətin siyasətçilərinə, hüquq sistemlərinə və ictimai rəyinə qarşı təkbaşına mübarizə aparırlar.
Onların qətiyyəti nəticəsində bir neçə mühüm nasist hərbi cinayətkarı məhkəmə qarşısına çıxarılır. Lakin cütlüyün ən başlıca məqsədi nasist cinayətkarı Klaus Barbyeni tapıb ədalətə təslim etmək olur.
«Cəllad ovu» (La traque) bioqrafik dram filmi rejissor Loran Jaui tərəfindən çəkilib. 2008-ci ildə Fransa və Almaniyanın birgə istehsalı ilə ərsəyə gələn ekran işində baş rolları Franka Potente, İvan Attal, Hanns Tsişler və Xesus Roxas canlandırıb.
«Cəllad ovu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 fevral 2008
- Rejissor
- Loran Jaui
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın