
Raffaello: Sənət şahzadəsi 3D
«Raffaello: Il Principe delle Arti - in 3D» filmi gələcəyin böyük rəssamı Rafael Santinin İtaliyanın Urbino şəhərində keçən uşaqlıq illərini əks etdirir. Gənc istedad ilk təsviri sənət dərslərini saray rəssamı olan atası Covanni Santidən alır. Məhz atası oğlunun fitri bacarığını vaxtında duyur və onun sənətə olan marağını addım-addım inkişaf etdirir.
Valideynlərini erkən yaşda itirən oğlan çətinliklərə baxmayaraq rəssamlıqdan uzaqlaşmır. Urbino sarayının zəngin mühitindən bəhrələnən gənc Rafael öz ustalığını daha da cilalayır. Zaman keçdikcə o, məşhur rəssam Perucinonun emalatxanasında təhsil almağa başlayır və müstəqil şəkildə şöhrət qazanmaq yolunda ilk ciddi addımlarını atır.
Bioqrafik sənədli film 2017-ci ildə İtaliya və Vatikanın birgə istehsalı kimi təqdim olunub. Ekran əsərinin quruluşçu rejissoru Luka Viottodur. Əsas rollarda Flavio Parenti, Ancela Kurri, Enriko Lo Verso və Marko Koççi çəkiliblər.
«Raffaello: Sənət şahzadəsi 3D» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 aprel 2017
- Rejissor
- Luka Viotto
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın