Aldo Moro il Professore
Film2018İtaliya94 dəq.720p

Aldo Moro il Professore

Aldo Moro il Professore
IMDb
7.0

Xristian-Demokrat Partiyasının rəhbəri Aldo Moro dövlət idarəçiliyi ilə bərabər Roma universitetində hüquq dərsləri deyir. Günlərin birində Lyoçiyanın başçılıq etdiyi etirazçı tələbələr auditoriyaya daxil olaraq ölkədəki vəziyyətə görə siyasətçiləri ittiham edirlər. Moro gənclərlə sərt davranmaq əvəzinə səmimi söhbətə başlayır və onların rəğbətini qazanaraq qayğıkeş müəllimə çevrilir.

1978-ci ilin martında professor tələbələri ilə parlamentin yaxınlığında görüş təyin edir, lakin iclasa gedərkən "Qırmızı briqadalar" silahlıları tərəfindən qaçırılır. Sevdikləri müəllimlərinin əsir düşməsi xəbəri gəncləri dərindən sarsıdır. Hadisələrdən kənarda qalmaq istəməyən tələbələr onu xilas etmək naminə əllərindən gələn addımları atmağa çalışırlar.

Bioqrafik dram janrındakı "Aldo Moro il Professore" filmini italyan rejissoru Françesko Miççike lentə alıb. Ekran əsəri 2018-ci ildə İtaliyada istehsal olunub. Rolları Andrea Arkanceli, Mauritsio Byanuççi, Janluka Kaldirone və İtalo Ameriqi paylaşıblar.

İzlə

«Aldo Moro il Professore» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
8 may 2018
Ölkə
İtaliya
Keyfiyyət
720p
Tərcümədə
Çoxsəsli kadrarxası
Müddət
94 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın