
Qartal Eddi
Eddi Edvards uşaqlıq illərindən Olimpiya Oyunlarında iştirak etmək arzusu ilə yaşayırdı. Eynək taxan və fiziki cəhətdən o qədər də çevik olmayan bu gənc hədəfinə çatmaq üçün müxtəlif idman növlərini sınayır. Ardıcıl uğursuzluqlar onun ümidini az qala qırır və o, ailə sənətini davam etdirərək suvaqçı işləməyə hazırlaşır, lakin qarlı xizək yamacını gördükdən sonra fikri qəfil dəyişir.
Qış Olimpiadasına qatılmağı qarşısına məqsəd qoyan Eddi xizək sürməyə başlayır. Çox keçmədən o öyrənir ki, Böyük Britaniya onilliklərdir tramplindən xizəklə tullanma yarışlarına heç bir idmançı göndərmir. Bu fürsətdən yararlanmaq istəyən inadkar gənc qətiyyətlə Almaniyadakı məşhur təlim bazasına yola düşür.
«Eddie the Eagle» bioqrafik idman filmini rejissor Dekster Fletçer ərsəyə gətirib. Böyük Britaniya, ABŞ və Almaniyanın ortaq istehsalı olan bu dram və komediya janrlı ekran əsəri 2015-ci ildə nümayiş olunub. Baş rolları Teron Ecerton, Hyu Cekman, Kristofer Uoken və İris Berben canlandırıb.
«Qartal Eddi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 dekabr 2015
- Ölkə
- ABŞ, Böyük Britaniya, Almaniya
- Rejissor
- Dekster Fletçer
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 106 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın