
47 nömrəli marşrut
Yetmişinci illərin sonunda Barselonanın ucqar hissəsi şəhərin digər bölgələrindən təcrid olunmuş vəziyyətdə qalır. Təpəlik ərazidə salınan Torre-Baro məhəlləsinin sakinləri uzun illər ictimai nəqliyyatdan məhrum yaşayırlar. Bələdiyyə isə yolların çox dar, dik və təhlükəli olduğunu əsas gətirərək həmin əraziyə avtobus xətti çəkməkdən qətiyyətlə imtina edir.
Bu məhəllədə yaşayan avtobus sürücüsü Manolo Vital məmurların bəhanələri ilə razılaşmır. Qonşularının problemlərinə biganə qalmayan sürücü rəsmi qurumların haqsız olduğunu əyani şəkildə sübut etmək qərarına gəlir. O, idarə etdiyi 47 nömrəli avtobusu icazəsiz şəkildə birbaşa təpəliklərdə yerləşən öz məhəlləsinə doğru sürərək dinc etiraz aksiyası həyata keçirir.
Real hadisələrə əsaslanan «47 nömrəli marşrut» dram filmini rejissor Marsel Barrena çəkib. 2024-cü il İspaniya istehsalı olan ekran əsərində baş rolları Eduard Fernandes, Klara Sequra, Zoi Lyenas-Bonafonte və Salva Reina ifa edirlər.
«47 nömrəli marşrut» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 sentyabr 2024
- Ölkə
- İspaniya
- Rejissor
- Marsel Barrena
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 110 dəq.
- Mükafatlar
- qələbə: 3 · nominasiya: 2
Rollarda
Mükafatlar və nominasiyalar
- 🏆Gaudí Award for Best Film in Catalan LanguageQalib · 2025
- 🏆Gaudí Award for Best Actor in a Supporting RoleQalib
- 🏆Gaudí a la millor actriu secundàriaQalib
- 🎗Gaudí Award for Best Actor in a Leading RoleNominasiya
- 🎗Gaudí Award for Best DirectorNominasiya
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın