
Lüter
Katolik kilsəsi xadimlərinin əməllərini Müqəddəs Yazılarla müqayisə edən rahib Martin Lüter dini idarəçiliyin gedişatına şübhə ilə yanaşmağa başlayır. O, kilsə xəzinəsini zənginləşdirən indulgensiya satışını pisləyən doxsan beş tezisini Vittenberq kilsəsinin qapısına mismarlayır. Bu addım kilsə rəhbərliyinin qəzəbinə səbəb olur və rahib küfr etməkdə ittiham edilərək bidətçi elan edilir.
Sürgünə göndərilən Lüter sadə xalqın dini mətnləri sərbəst oxuya bilməsi üçün Müqəddəs Kitabı alman dilinə tərcümə etmək qərarına gəlir. O, kənarda öz işinə davam etdiyi müddətdə onun tərəfdarları katolik kilsəsinə qarşı açıq mübarizəyə başlayırlar.
Rejissor Erik Till tərəfindən lentə alınan «Luther» bioqrafik tarixi dram janrındadır. 2003-cü il istehsalı olan bu film ABŞ, Almaniya, İtaliya və Çexiyanın birgə layihəsidir. Ekran əsərində baş rolları Cozef Fayns, Alfred Molina, Conatan Fört və Kler Koks canlandırıblar.
«Lüter» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın