
İlon Mask: Əsl Dəmir Adam
Cənubi Afrikada mühəndis və fotomodel ailəsində böyüyən bir gənc dövrümüzün ən tanınmış şəxsiyyətlərindən birinə çevrilir. «Elon Musk: The Real Life Iron Man» sənədli filmi öz ideyaları sayəsində nəhəng nailiyyətlərə imza atan ixtiraçı və sahibkarın həyat yolundan bəhs edir.
Ekran əsərində onun sıfırdan qurduğu onlarla innovativ şirkət, qazandığı milyardlarla dollar dəyərində sərvət və şəxsi həyatının təfərrüatları yer alır. Üç dəfə ailə quran və beş övlad böyüdən biznesmenin ən böyük hədəflərindən biri də SpaceX gəmisi ilə Marsa insanlı uçuş həyata keçirmək planıdır.
Böyük Britaniya istehsalı olan bu bioqrafik filmin rejissoru Sonya Andersondur. 2018-ci il lentində İlon Mask ilə yanaşı Per Uimmer, Culi Anderson Askenbrandt və Keri Kuper də yer alıb.
«İlon Mask: Əsl Dəmir Adam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 dekabr 2018
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Sonya Anderson
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 74 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın