
Əsrin oğurluğu
Beş nəfərdən ibarət cinayətkar dəstə Buenos-Ayresin ən zəngin ərazilərindən birində yerləşən Rio de Akassuso bankının filialına basqın edir. Onlar dərhal binadakı işçiləri və müştəriləri girov götürərək ərazini nəzarətə alırlar. Hadisə yerinə toplaşan polis qüvvələri ilə quldurlar arasında gərgin danışıqlar prosesi start götürür.
Bina yüzlərlə asayiş keşikçisi tərəfindən mühasirəyə alındığı bir vaxtda, soyğunçular əvvəlcədən tərtib edilmiş hiyləgər planı addım-addım gerçəkləşdirirlər. Hüquq-mühafizə orqanlarının diqqəti danışıqlara yönəldiyi üçün cinayətkarlar xəzinədən 15 milyon dollardan artıq nağd pul və qiymətli əşyaları gizlicə çıxarmağa nail olurlar.
«Əsrin oğurluğu» (El robo del siglo) real faktlara əsaslanan bioqrafik cinayət və komediya filmidir. 2020-ci il istehsalı olan bu ekran əsəri Argentina, İspaniya və ABŞ kinematoqrafçılarının birgə layihəsidir. Filmin quruluşçu rejissoru Ariel Vinoqrad, baş rol ifaçıları isə Gilyermo Franselya, Dieqo Peretti, Luis Luke və Pablo Raqodur.
«Əsrin oğurluğu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 yanvar 2020
- Rejissor
- Ariel Vinoqrad
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 114 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın