
Tənha ürəklər
Ötən əsrin qırxıncı illərinin sonunda Amerika Birləşmiş Ştatlarında amansız cinayətlər silsiləsi baş verir. Reymon Martinez Fernandes qəzet elanları vasitəsilə tənha dul qadınlarla əlaqə quraraq özünü ehtiraslı sevgili kimi təqdim edir, Marta Bek isə ona bu qanlı işlərdə kömək edir. Birlikdə hərəkət edən və «Tənha ürəklər» ləqəbini alan cütlük iyirmiyə yaxın qadını qətlə yetirir.
İki polis detektivi təhlükəli cinayətkarların izinə düşərək onları hər yerdə axtarmağa başlayır. Uzun sürən təqibdən sonra asayiş keşikçiləri qatilləri həbs etməyə nail olur. Məhkəmənin qərarı ilə hər iki cinayətkar Sinq-Sinq həbsxanasında eyni gündə elektrik stulunda edam edilir.
Real hadisələr əsasında lentə alınan «Tənha ürəklər» filmi 2005-ci ildə ABŞ və Almaniyanın birgə istehsalı kimi işıq üzü görüb. Triller janrında olan filmin rejissoru Todd Robinson, baş rolların ifaçıları isə Con Travolta, Ceyms Qandolfini, Cared Leto və Salma Hayekdir.
«Tənha ürəklər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 aprel 2006
- Rejissor
- Todd Robinson
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Профессиональный (многоголосый закадровый)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 108 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın