
Subedar Joginder Singh
Hindistan zabiti Coqinder Sinqh 1960-cı illərin hadisələrinə qədər İkinci Dünya müharibəsində və Birinci Hindistan-Pakistan müharibəsində iştirak edərək böyük döyüş təcrübəsi qazanır. «Subedar Joginder Singh» filmi onun hərbi karyerası ilə yanaşı, ailəsinə olan sevgisini və vətəninə bağlılığını əks etdirir.
Qəhrəmanın həyatında ən mühüm sınaq 1962-ci ildə cəmi bir ay davam edən Çin-Hindistan sərhəd müharibəsi zamanı baş verir. Tağıma rəhbərlik edən zabit sayca qat-qat üstün olan düşmən qüvvələrinə qarşı dirəniş göstərir. Sinqh atəşkəs elan olunmazdan əvvəl döyüş meydanında son nəfəsinə qədər mübarizə aparır.
2018-ci ildə Hindistanda istehsal olunmuş bu bioqrafik hərbi dramın quruluşçu rejissoru Simercit Sinqhdir. Baş rolları Qippi Qreval, Aditi Şarma, Ququ Qill və Karamcit Anmol canlandırıblar.
«Subedar Joginder Singh» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2018
- Ölkə
- Hindistan
- Rejissor
- Simercit Sinqh
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Türkçe altyazılar
- Müddət
- 139 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın