
Ferdinand Şevalın ideal sarayı
Ferdinand Şeval adlı poçtalyon hər gün kəndlər arasında 25-30 kilometr yol qət edərək məktubları sahiblərinə çatdırır. Növbəti gedişlərin birində ayağı ilişib yıxılan poçtalyon qeyri-adi formaya malik maraqlı bir daşa rast gəlir. Bu tapıntı onun ağlına kiçik qızı üçün nağıllardakı kimi bir qəsr inşa etmək fikrini salır.
Otrivdə aldığı kiçik torpaq sahəsində təkbaşına işə başlayan Şeval sonrakı otuz üç ilini bu tikintiyə sərf edir. O, xidməti vəzifəsindən kənar qalan bütün asudə vaxtını addım-addım ucaltdığı və sonradan «ideal saray» adlandıracağı möhtəşəm abidəyə həsr edir.
«L'incroyable histoire du facteur Cheval» bioqrafik dramını 2018-ci ildə rejissor Nils Tavernye ekranlaşdırıb. Fransa və Belçika birgə istehsalı olan layihədə əsas rolları Jak Qamblen, Letisiya Kasta, Florans Tomassen və Bernar Le Kok canlandırıb.
«Ferdinand Şevalın ideal sarayı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 sentyabr 2018
- Rejissor
- Nils Tavernye
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın