
Adventures of a Mathematician
Polşalı riyaziyyatçı Stanislav Ulam İkinci Dünya Müharibəsinin astanasında Amerikaya köçür. Çox keçmədən Con fon Neyman onu məxfi Manhetten layihəsinə dəvət edir. Alim bu təklifi qəbul edərək Avropada qalan ailəsindən uzaqda yeni elmi hesablamalar üzərində çalışmağa başlayır.
Doğmalarının taleyi Ulamı daim narahat edir: anası Vyanada vəfat edib, atası ilə bacısı isə gettoda həlak olub. Yalnız qardaşı xilas olaraq Harvardda tarix professoru kimi fəaliyyət göstərir. Stanislav belə bir kədər içində yaşayarkən bəşəriyyətin ən təhlükəli silahı sayılan hidrogen bombasının yaradılmasında iştirak edir.
Bioqrafik dram filmi «Adventures of a Mathematician» 2020-ci ildə Böyük Britaniya, Polşa və Almaniya tərəfindən birgə istehsal olunub. Ekran əsərinin rejissoru Torsten Klayndır. Əsas obrazları Filip Kristofer, Yoel Basman, Rayan Geyc və Milli Uinn canlandırıblar.
«Adventures of a Mathematician» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2020
- Ölkə
- Böyük Britaniya, Polşa, Almaniya
- Rejissor
- Torsten Klayn
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın