
Kölgədə qalan
Bristol fotostudiyasında fəaliyyətə başlayan Uilyam Friz-Qrin çəkdiyi kadrlarla tezliklə böyük şöhrət qazanır. Lakin o, sadəcə hərəkətsiz kadrlarla kifayətlənmək istəmir və həyatı hərəkətdə əks etdirməyi qarşısına məqsəd qoyur. Nəhayət, gərgin axtarışlardan sonra dünyanın ilk kinokamerasını düzəltməyə nail olur.
İxtirası cəmiyyətin diqqətini cəlb etmədiyi üçün ailəsi daimi yoxsulluq içində yaşayır. Ağır maddi sıxıntılar fonunda ixtiraçı əvvəlcə ilk həyat yoldaşını itirir, ikinci xanımı isə ehtiyaclara dözməyərək onu tərk edir. Birinci Dünya müharibəsi başlayanda oğulları orduya yollanır və o, həyatının son illərini tənha, heç kimin tanımadığı bir yoxsul kimi başa vurur.
1951-ci ildə çəkilmiş bioqrafik drama janrındakı «The Magic Box» filminin rejissoru Con Boultingdir. Böyük Britaniya istehsalı olan bu kinolentdə əsas rolları Maykl Denison, Robert Fleminq, Coan Hikson və Marius Qorinq canlandırıblar.
«Kölgədə qalan» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1951
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Con Boulting
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (дублированный)
- Müddət
- 118 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın