
Kid Cannabis
Məktəbdən qovulan gənc Neyt anası və kiçik qardaşı ilə birlikdə ehtiyac içində yaşayır. Yoxsulluqdan təngə gələn baş qəhrəman ailəsini dolandırmaq üçün marixuana qaçaqmalçılığı ilə pul qazanmaq fikrinə düşür. Pizza çatdırdığı müştərilərdən birinin Kanadanın bu iş üçün əlverişli yer olduğunu deməsi onun planlarını qətiləşdirir.
Neyt özündən yaşca böyük olan dostu Toferi yanına alaraq vəziyyəti öyrənmək məqsədilə qonşu ölkəyə yola düşür. Beləliklə, iki yoldaş böyük gəlir və ciddi təhlükələrlə dolu qanunsuz narkotik ticarəti dünyasına ilk addımlarını atır.
Real hadisələrə əsaslanan «Kid Cannabis» filmi 2014-cü ildə ABŞ-da istehsal olunub. Con Stokvellin rejissorluq etdiyi bu bioqrafik cinayət dramında rolları Şon Tayson, Merrit Patterson, Amanda Tappinq və Kristin Uills canlandırıb.
«Kid Cannabis» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2014
- Ölkə
- ABŞ
- Rejissor
- Con Stokuell
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın