
6 fut dərinlikdə
Peşəkar buz xokkeyi karyerasını bitirən Erik LeMark güclü adrenalin axtarışını dayandıra bilmir. O, həyatındakı bu boşluğu snoubordinq və zərərli maddələrlə doldurur. Növbəti istirahət üçün Kaliforniyadakı Mammos dağlarına üz tutan keçmiş idmançı gözlənilməz təhlükə ilə qarşılaşır.
Yaxınlaşan güclü çovğun səbəbindən xilasedicilər bütün xizək yollarını bağlasalar da, LeMark sonuncu dəfə eniş etmək qərarına gəlir. Fırtınanın ortasında qalan idmançı yolu itirir və soyuq qarın əhatəsində təkbaşına sağ qalmaq məcburiyyətində qalır.
2017-ci ildə ABŞ-da istehsal olunmuş «6 Below: Miracle on the Mountain» dramatik filminin rejissoru Skott Vodur. Əsas rollarda Vaşi Nedomanski, Co Bukaro III, Bet Vayzenburger və Devid Stivens çəkiliblər.
«6 fut dərinlikdə» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın