
Antonieta
Jurnalist Anna XX əsrdə yaşamış qeyri-adi qadınların çətin talelərindən bəhs edən kitab üzərində işləyir. Araşdırmalar zamanı onun diqqətini ötən əsrin əvvəllərində yaşamış cazibədar meksikalı Antonieta Maria Rivasın hekayəsi cəlb edir.
Material toplamaq məqsədilə Mexiko şəhərinə yollanan Anna qəhrəmanı şəxsən tanıyan insanlarla görüşür. Qadın o dövrün təzadlı mühitini, zadəgan təbəqənin həyatı ilə sadə kəndlilərin çıxılmazlığını yaxından hiss edir. Beləliklə, Antonietanın kədər və sevinclə dolu keşməkeşli keçmişi addım-addım canlanır.
1982-ci ildə ekranlara çıxan «Antonieta» bioqrafik dram filmi İspaniya, Fransa və Meksikanın ortaq layihəsidir. Rejissor Karlos Sauranın çəkdiyi ekran əsərində baş rolları İzabel Acani, Hanna Şiqulla, İqnasio Lopes Tarso və Karlos Braço ifa edirlər.
«Antonieta» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 oktyabr 1982
- Rejissor
- Karlos Saura
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 108 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın