
Şinqu
Ötən əsrin qırxıncı illərində Braziliya hökuməti ölkənin qərbindəki kəşf edilməmiş torpaqları mənimsəmək məqsədilə genişmiqyaslı ekspedisiyalar təşkil edir. Adi kəndlilər üçün bu səfərlər sadəcə cüzi qazanc əldə etmək yoludur. Villas-Boas qardaşları isə pul xatirinə deyil, azadlıq və macəra axtarışı ilə bu təhlükəli yola çıxırlar.
İnsan ayağı dəyməyən meşələrdə addımlayan qardaşlar tezliklə yerli qəbilələrlə üz-üzə gəlirlər. Bu görüş onların həyatını büsbütün dəyişir. Səyyahlar qalan ömürlərini Amazon hindularının hüquqlarını qorumağa və onları məhv olmaqdan xilas etməyə həsr edirlər.
Braziliya istehsalı olan bioqrafik macəra filmi «Xingu» 2012-ci ildə ekranlara çıxıb. Dramın rejissoru Kao Hamburqerdir. Baş rolları Juan Migel, Felipe Kamaрqu, Kayu Blat və Mayarim Kayabi canlandırıblar.
«Şinqu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 noyabr 2011
- Ölkə
- Braziliya
- Rejissor
- Cao Hamburger
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın