
Bhoot
Bombeydə birja analitiki işləyən Vişal həyat yoldaşı Svati ilə birlikdə qalmaq üçün yeni ev axtarır. Cütlük nəhayət on iki mərtəbəli binada rahat bir mənzil tapır. Əvvəlki gənc qadın sakinin eyvandan yıxılaraq həyatını itirdiyini öyrənsə də, Vişalın məntiqi düşüncəsi bu hadisəyə əhəmiyyət verməməsinə səbəb olur və o, hər şeyi arvadından gizlədir.
Sonradan bu bədbəxt hadisə barədə xəbər tutan Svati dəhşətli qarabasmalar görməyə başlayır. Qadının psixoloji durumu getdikcə pisləşir və onun ağlını itirmək həddinə çatması ərini çıxılmaz vəziyyətə salır. Həyat yoldaşını xilas etməyə çalışan Vişal qorxunc bir həqiqətlə üz-üzə qalır.
«Bhoot» filmi 2003-cü ildə Hindistanda istehsal olunub və rejissor Ram Qopal Varma tərəfindən lentə alınıb. Baş rolları Acay Devqan, Urmila Matondkar, Nana Patekar və Rekxa canlandırıblar.
«Bhoot» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 may 2003
- Ölkə
- Hindistan
- Rejissor
- Ram Qopal Varma
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli, AB-Video, Формат АВ
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 113 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın