
Ralli
1944-cü ildə faşistlər Riqadan geri çəkilərkən yerli sənət muzeyindən Enqrin məşhur «Rafael və Fornarina» əsəri yoxa çıxır. İllər sonra həmin rəsm əsəri beynəlxalq yarış zamanı gözlənilmədən üzə çıxır. Sürət yürüşündə iştirak edən sürücülərdən biri maşının qapı hissəsində gizlədilmiş qiymətli kətanı aşkar edir.
İdmançı ilk növbədə yaşca böyük olan şturman yoldaşından şübhələnir, lakin həmkarı olimpiya komandasına vəsiqə qazanmasınlar deyə tələyə salındıqlarını bildirir. Şübhələr dağılmasa da, tapıntını yarış rəhbərliyinə təhvil verməyə tələsmirlər. Ətrafda baş verən müəmmalı hadisələr fonunda məlum olur ki, onları artıq izləyirlər və əsas məqsəd oğurlanmış sənət əsərini təhvil alacaq şəxsləri üzə çıxarmaqdır.
1978-ci ildə SSRİ-də istehsal olunmuş «Ralli» detektiv filminin quruluşçu rejissoru Aloiz Brençdir. Əsas obrazları Vitautas Tomkus, Aleksandr Belyavski, Aleksandr Vokaç və Valentina Titova canlandırıb.
«Ralli» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 fevral 1978
- Ölkə
- SSRİ
- Rejissor
- Aloiz Brenç
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Киностудия им. Горького
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın