
Khel Khel Mein
Yataqxanaya yeni gələn Acayın həyatı Vikram və dostlarının davamlı sataşmaları səbəbindən çətinləşir. Tərəflər arasında baş verən dava isə gözlənilmədən düşmən gəncləri yaxın dostlara çevirir. Beləliklə, Acay vaxtını daim müxtəlif zarafatlar və hiylələrlə keçirən bu dəstənin üzvü olur.
Bir gün dostlar zərgərlik dükanının sahibini qorxutmaq üçün ona «Qara kobra» adlı xəyali cinayətkarın adından hədə-qorxu gəlib pul tələb edirlər. Onlar istədikləri məbləği alsalar da, ertəsi gün zərgər qətlə yetirilir. Hadisə yerinə gələn polis gənclərin izinə düşür, uydurduqları «Qara kobra»nın isə əslində real bir şəxs olduğu üzə çıxır.
1975-ci ildə Hindistanda çəkilmiş bu filmin rejissoru Ravi Tandondur. Ekran əsərində baş rolları Rişi Kapur, Nitu Sinqh, Rakeş Roşan və İftekhar canlandırıblar.
«Khel Khel Mein» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1975
- Ölkə
- Hindistan
- Rejissor
- Ravi Tandon
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Формат АВ
- Müddət
- 139 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın