
Yeh Raat Phir Na Aaygi
Hindistanın şimalında arxeoloji qazıntılar aparan professor qızı Rita ilə birgə yaşayır. Rita gənc rəssam Surac ilə nişanlıdır. Tədqiqatlar zamanı qədim yeraltı zal, minillik heykəllər və qadın skeleti üzə çıxır. Həmin günlərdə Surac Kiran adlı sirli qadınla qarşılaşır və Kiran əvvəlki həyatda onun sevgilisi olduğunu bildirir.
Surac Ritanı tərk edib Kiranla evlənməyə qərar verir. Qızının gələcəyini düşünən professor gənci mirasdan məhrum edəcəyini desə də, Surac fikrindən dönmür. Tezliklə Kiran ona ruhlarının əbədi qovuşması naminə həyatından keçməli olduğunu söyləyir.
«Yeh Raat Phir Na Aaygi» bədii filmi 1966-cı ildə Hindistanda rejissor Bric tərəfindən ekranlaşdırılıb. Baş rollarda Pritxvirac Kapur, Bisvancit, Şarmila Taqor və Sayleş Kumar çəkiliblər.
«Yeh Raat Phir Na Aaygi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın