
Təqsirlilik prezumpsiyası
Fyodor məktəbli qızı Maşa ilə birgə yaşayır, lakin qəfil xəstəlik ailənin nizamını alt-üst edir. Qız təcili olaraq xəstəxanaya düşür və həkimlər onun təxirəsalınmaz baha cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu bildirirlər. Qızını xilas etmək istəyən ata lazımi məbləği toplamaq üçün müdiri Mazovetskiyə müraciət etsə də, rədd cavabı alır.
Çıxılmaz vəziyyətdə qalan çarəsiz ata qanunu pozmaq kimi riskli bir addım atır. Törədilmiş cinayət işinin istintaqını isə müstəntiq Olqa aparmaq niyyətindədir. Fyodor bu qadınla qızını xəstəxanada ziyarət edərkən artıq təsadüfən tanış olmuşdu.
«Təqsirlilik prezumpsiyası» adlı detektiv filmini 2007-ci ildə ukraynalı rejissor Vladimir Kraynev çəkib. Ekran əsərində baş rolları Konstantin Milovanov, Larisa Şaxvorostova, Vladimir Simonov və Vitali Linetski canlandırıblar.
«Təqsirlilik prezumpsiyası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2007
- Ölkə
- Ukrayna
- Rejissor
- Vladimir Kraynyov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın