
Baton Rouge
Varlı İzabel Harris hər gecə eyni qorxulu yuxuları görür və bu vəziyyətdən qurtulmaq üçün özünə gənc bir sevgili axtarır. O, pul qarşılığında münasibət qurmağa razı olan Antonio adlı fəhlə gənclə tanış olur. Antonionun əsas məqsədi isə xəstə və lal qardaşını zəngin Baton-Ruj şəhərinə apara bilmək üçün vəsait toplamaqdır.
Qadının narahatlığı keçmədikdə Antonio ona psixiatr Anna Alonsodan kömək almağı məsləhət görür. Tezliklə Antonio ilə gənc həkim arasında sevgi yaranır. Birlikdə olmaq istəyən cütlük İzabeldən külli miqdarda pul almaq və onu ərini qətlə yetirməyə vadar etmək üçün xüsusi plan qurur. Lakin törədilən cinayətdən sonra polis araşdırmaya başlayır və hadisələr gözlənilməz sonluqla bitir.
1988-ci il istehsalı olan bu İspaniya filmi rejissor Rafael Monleon tərəfindən lentə alınıb. Triller janrındakı ekran əsərində əsas obrazları Viktoriya Abril, Karmen Maura, Antonio Banderas və Anxel de Andres Lopes canlandırıblar.
«Baton Rouge» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 oktyabr 1988
- Ölkə
- İspaniya
- Rejissor
- Rafael Monleon
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Orijinal, Birsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın