
Ümidsizlik günü
Müstəntiq Valeri və dərzilik sexi işlədən həyat yoldaşı Alla məktəbli qızları Liza ilə birgə şəhər kənarında tikilən təzə evlərinə köçməyə hazırlaşırlar. Tikinti işləri artıq yekunlaşdığı üçün həyətyanı sahəni qaydaya salmaq məqsədilə Kristina adlı landşaft dizayneri işə götürülür.
Bir səhər Alla, Liza və ev xadiməsi Nastyanın olduğu malikanəyə qəfildən silahlı quldurlar soxulur. Hücum edənlər arasında yer alan dizayner Kristina bir neçə sifarişli qətldə ittiham olunan cinayətkar Xəzərin sevgilisi çıxır. Cinayətkarlar Valeridən apardığı istintaq çərçivəsində həbsdə olan dəstə başçısını azad etməsini tələb edirlər.
Rejissor Vladimir Çubrikovun 2010-cu ildə lentə aldığı «Ümidsizlik günü» (Den otchayaniya) kriminal dram janrındadır. Rusiyada çəkilən filmin baş rollarında Natalya Qrebyonkina, Yeqor Barinov, Daşa Çaruşa və Sergey Karyakin çəkiliblər.
«Ümidsizlik günü» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 iyun 2010
- Ölkə
- Rusiya
- Rejissor
- Vladimir Çubrikov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın