
Saf sənət
Gənc və istedadlı fotoqraf Saşanın uğurlu karyerası və rahat həyatı gözlənilməz bir hadisə ilə darmadağın olur. O, qəribə bir qətlin təsadüfi şahidinə çevrilir. Həmin andan etibarən Saşa bahalı rəsmlər və böyük pullar ətrafında qurulan təhlükəli cinayətkar maxinasiyaların içinə çəkilir.
Şahid kimi aradan qaldırılmaq istənən qızın arxasınca naməlum şəxslər düşür və onun həyatı real təhlükə ilə üzləşir. Bütün dünyanın ona qarşı birləşdiyini hiss etməsinə baxmayaraq, Saşa təslim olmaq niyyətində deyil. O, baş verən sirli hadisələrin kökünü tapmaq məqsədilə öz şəxsi təhqiqatına başlayır.
«Saf sənət» (Чистое искусство) adlı Rusiyanın triller və detektiv filmini rejissor Renat Davletyarov lentə alıb. Əsas rollarda Anya Çipovskaya, Pyotr Fyodorov, Konstantin Yuşkeviç və İlya Lyubimov çəkiliblər. Ekran əsəri 2016-cı ildə işıq üzü görüb.
«Saf sənət» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 noyabr 2016
- Ölkə
- Rusiya
- Rejissor
- Renat Davletyarov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın