
Yeddinci qonaq
Biznesmen qızı Valya ilə avtoservisdə çalışan Andreyin sevgisi qızın valideynlərinin təkidi ilə yarımçıq qalır. Ailəsinin iradəsinə tabe olan Valya yerli məmurun oğlu Kirillə ərə gedir, lakin onların heç birinin sonrakı ailə həyatı uğurlu alınmır. İllər sonra ərindən ayrılıb doğma şəhərinə qayıdan gənc qadın Andrey ilə yenidən qarşılaşır və cütlük bir daha ayrılmamaq qərarına gəlir.
Valyadan əl çəkmək istəməyən Kirill keçmişlə bağlı sirri açmaq bəhanəsi ilə xüsusi görüş təşkil edir. O, bu sirri öyrəndikdən sonra qadının Andreyi tərk edəcəyini iddia edərək görüşə bir neçə nəfəri çağırır. Lakin baş verən faciə üzündən planlaşdırılan üzləşmə baş tutmur. Keçmişin qaranlıq məqamlarını aydınlaşdırmaq istəyən Valya özəl xəfiyyə tutaraq həmin gün gəlməyən sirli yeddinci qonağı axtarmağa başlayır.
«Yeddinci qonaq» filmi 2018-ci ildə Rusiyada ekranlaşdırılmış detektiv janrında ekran əsəridir. Filmin rejissoru İqor Moskvitingə aiddir. Baş rolları Darya Yeqorova, İlya Noskov, Aleksandr Tyutin və Yevgeni Şirikov canlandırıblar.
«Yeddinci qonaq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 mart 2018
- Ölkə
- Rusiya
- Rejissor
- İqor Moskvitin
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 45 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın